SEO-da Backlink-lərin önəmi nədir və ödənişli və ödənişsiz backlink-ləri haradan almaq olar?

SEO-da Backlink lərin önəmi nədir və ödənişli və ödənişsiz backlink-ləri haradan almaq olar?


SEO-da Backlink bir veb saytın məzmununda başqa bir veb sayta verilən bağlantıdır və saytın trafikini artırmaq, etibarlılığını gücləndirmək üçün mühüm rol oynayır.

Backlinklər saytınızın Google axtarış saytına olan siqnallarıdır.  Hansı ki, bu saytın “ etibarlı, güvənilir, səhifələr arasında “söz sahibi” olduğunu vurğulamaq üçün istifadə olunur. Google da ilk sıralarda olmağınız üçün  etibarli ve nüfuzlu  saytlardan istifadə edərək backlink strategiyası qurlamalısınız.

Bəs nəyə görə  SEO-da Backlink-lər önəmlidir?


SEO-da Backlink-lərin yüksək keyfiyyətli olması olduqca önəmlidir, belə linklər axtarış mühərriklərində sıralamanızı yüksəldir və axtarış nəticələrində görünürlüğünüzü artırır. Nəticə olaraq veb saytınıza daha çox trafik əlavə olunur. Google alqoritmlərində saysız dəyişikliklər olsa da “backlink”lər hələ də google üçün qiymətlidir və SEO sıralama faktorlarında ilk sıraları tutur. 

SEO-da Backlink-lərin hansı növləri var?

Üç növ backlink vardır.

Daxili bağlantılar: Ziyarətçiləri veb saytınızdakı digər səhifələrə yönləndirən bağlantılar daxili bağlantılardır. Bu bağlantılar ziyarətçiləri məzmununuza yönləndirir, saytda qalma müddətini artırır və axtarış mühərriklərinə saytınızın quruluşu, ən vacib səhifələri haqqında məlumat verir. 

Gələn bağlantılar: Digər web saytlarından sizin səhifələrinizə yönləndirilən bağlantılardır. Axtarış matorlarına sizin səhifənizin etibarlı və güvənilir olduğunu göstərir, saytınızın reytinqini və sıralamasını qaldırır. 

Gedən bağlantılar: Web saytınızdan digər saytlara yönlənmiş bağlantılar gedən bağlantılardır. Belə bağlantılar axtarış mühərriklərinə saytınızın keyfiyyətli və əlaqəli istinadlar təqdim etdiyini göstərir, bu da saytınızın etibarlılığını artırır.

SEO-da Backlink-ləri pulsuz əldə etmək üçün strategiyalar:

  1. Bağlantı verilməyə dəyər elə mükəmməl məzmun yaradın ki, digər platformalar da sizə müraciət etsin. 
  2. Qonaq yazılarının yazılması üçün nişinizdəki blog yazarlarına və veb saytlara müraciət edin. Buradakı yazılar vasitəsi ilə saytınıza link verə bilərsiniz.
  3. Məzmununuzu populyar kataloqlara və sosial işarələmə saytlarına göndərin.
  4. Nişinizlə bağlı onlayn müzakirələrdə, sual-cavablarda  və forumlarda iştirak edin və uyğun olduqda saytınıza bağlantılar verməyi unutmayın.
  5. Veb saytınızı axtarış motorları üçün optimallaşdırın ki, axtarış nəticələri səhifələrində daha yüksək sıralarda yer alasınız.
  6. Sosial media üzərindən  bağlantılar verməklə də SEO-da Backlink strategiyanızı gücləndirmiş olursunuz.  
  7. Xəbər platformalarına və veb saytdakı yazılara da rəy yazaraq backlink yerləşdirə bilərsiniz
  8. Qırıq olan backlinklərin tapılaraq yeni, daha keyfiyyətli kontentlər ilə əvəz edə bilərsiniz.
  9. Təkliflər və Endirimlər: Reklam qarşılığında və digər endirimlərlə  saytların sizin saytınıza link verməsini təmin edə bilərsiniz. 

    10.Müəyyən podkastlara müsahibə verməklə də link əldə etmək olar.

    11.Vikipediyada sizin kontentinizə uyğun yazılar varsa, həmin yazıları tapıb edit etməklə və linkləri yerləşdirməklə də pulsuz linklər ala bilərsiniz. 

     12.Jurnalistlərə və müxbirlərə qaynaq üçün saytlar:

Elə saytlar da vardır ki, müxbirlərə və jurnalistlərə üzərində çalışdıqları mövzu üçün qaynaq mənbələr yerləşdirir. Bu saytlara daxil olaraq onlara həmin qaynaqları tapmaqda kömək edə və saytınızın linkini yerləşdirə biləsiniz (HARO kimi platformalar).  

13. Nişinizdəki yüksək keyfiyyətli saytlarda qonaq blog yazıları yazın.

Yüksək keyfiyyətli “ağ şapka linklər”- backlinklər əldə etmək istəyirsinizsə, o zaman bunun üçün pul xərcləməlisiniz:
 

  • İlk öncə reallıqda sıralaya biləcəyiniz mövzuları araşdırmalısınız.
  • Məzmunun planlaşdırılması, yazılması, redaktə edilməsi isə birlikdə ideya  və foto məzmunlarda təkrarsız olmalıdır. 
  • Sizin məzmununuzla əlaqəli saytları araşdırmalısınız. Hansı saytlar ki sizə  geri əlaqə verə biləcək və bu sırada əməkdaşlıq edə biləcəksiniz.  
  • Kampaniyalar göndərmək üçün doğru əlaqə və e-poçtları tapmalısınız. 

 “Qara şapka linklər”- ”bad” backlinklər necə linklərdir?

Aşağı səviyyəli kateqoriyaya mənub saytlar:

İndiki dövrdə axtarış motorları daha ağıllıdır, yəni “bad” linkləri mütləq müəyyən edirlər. Yəni aşağı keyfiyyətli verilmiş bir linki dərhal müəyyənləşdirilir. Belə bağlantılar istifadə edəcəyiniz halda SEO-da Backlink-lər  sizin saytınıza  heç bir fayda gətirməz.

Spam mərkəzi: Günümüzdə SERP-də qarşımıza mənasız, əlaqəsiz saytlar çıxır. Onlar arasında listələnmək, reputasiyanıza heç bir şey qazandırmaz. Əksinə sadəcə vaxt itkisinə səbəb olacaqdır. Sərf olunan vaxtı mükəmməl məzmun yaradaraq və ya öz nişinizdəki digər veb saytlarla real əlaqələr quraraq sərf edə bilərsiniz.
 

Bad linklərə sahib saytlar SERP axtarış nəticələrində qısa müddətdə görünsə də sonradan  bu linklər sürətlə aşağı doğru çəkilməyə başlayır.
 

SEO-da Backlink strategiyasında gizli linklər sayta necə təsri göstərir:


Bu növ linklər oxuyucuların və istifadəçilərin görmədiyi, lakin axtarış matoları tərəfindən asanlıqla müəyyən edilən linklərdir. 

  • Yazı rənginin dəyişdirilməsi: Arxa fonla yazının eyni olması linki gözə görünməz edir. 
  • Olduqca balaca yazılar: Yazıları kiçildərək mikroskop səviyyəsinə gətirilir, bu da həmin yazıları oxunulmaz edir.  
  • Ekrandan kənarda linklərin yerləşdirilməsi və digər elemtlərin araxasına atılaması da həmin linkləri görünməz edir.
     

 Link alış-verişi: Saytlar arasında link alış-verişi edildikdə bu da axtarış saytları tərəfindən asanlıqla müəyyənləşdirilir.

Backlink analizi, saytınıza və ya xüsusi məzmuna bağlantı verən vebsaytların keyfiyyətini və miqdarını araşdırmaqdır. Bu mənada, backlink analizi sosial sübut əldə etməyə bənzəyir. Əgər axtarış görünürlüğünü artırmağın yollarını axtarırsınızsa, (və niyə də olmasın ki), backlink analizi sizə kömək edə bilər.

Backlink  analizi, axtarış motoru performansınızı və yaşadığınız potensial problemləri qiymətləndirməyə kömək edir. Saytınız sıralanmırsa, backlink analizi SERP-də ilk sıralarda olmağınıza yönəlik həllər təklif edir.

Backlink analizi, axtarış motoru optimizasiyası (SEO) ilə birlikdə işləyir. Bu proses, güclü bağlantı qurma və rəqəmsal populyarlığa birbaşa töhfə verir. Bununla yanaşı, rəqiblərinizi də təhlil edə və onlarla necə müqayisə edildiyinizi görə bilərsiniz.

Axtarış motorlarının saytınızın otoritesini yoxlaması üçün ən yaxşı yol, saytınızın link profilinə baxmaqdır. SEO yoxlama siyahısında, geri bağlantı analizi ən önəmli prioritetiniz olmalıdır.

Aydınlaşdırmaq üçün, link profili bir sayta yönələn bütün linklərin toplusudur. Bu linklər digər vebsaytlardan, sosial mediyadan və onlayn kataloqlardan gəlir.

Axtarış motorlarının nəzərə aldığı bütün linkləri ortaya çıxararaq, saytınızın sıralanma qabiliyyəti barədə daha yaxşı bir baxış əldə edəcəksiniz. Adətən saytlar məzmununuza bağlantı verdikdə, söylədiklərinizdən təsirlənirlər (virtual bir təbrik). Amma təəssüf ki, həmişə belə olmur.

Araşdırmalar göstərir ki, SEO mütəxəssislərinin 67,5 faizi backlinklərin axtarış motoru sıralamalarına təsir etdiyinə inanır. Buna görə də, strategiyalarınızın düzgün yolda olduğundan əmin olmaq üçün geri bağlantı analizindən əldə olunan məlumatlara ehtiyacınız olacaq.

SEO-da Backlink analizinin aparılmasının faydaları:


Axtarış motorlarının saytınızın otoritesini yoxlaması üçün ən yaxşı yolu saytınızın link profilinə baxmaqdır. SEO-da Backlink  analizi ən önəmli prioritetiniz olmalıdır.

Aydınlaşdırmaq üçün deyək ki, link profili bir sayta yönələn bütün linklərin toplusudur. Bu linklər digər vebsaytlardan, sosial mediyadan gələn linklərdir.

Ən yaxşı backlink analizi etmək üçün hansı tool-a ehtiyacımız var?

Əgər investisiya etdiyiniz bir sayt varsa, sizin elə bir tool-a ehtiyacınız var ki,  backlink analizinizi asanlıqla edəsiniz. Xoşbəxtlikdən isitifadə edə biləcəyimiz çox sayda backlink analiz edən toolara sahibik. Onlardan istifadə etməklə SEO-nu  investisiyaya çevirə bilərik. Aşağıdakı tool-lar vasitəsi ilə ən yaxşı backlink analizi edə bilərik. Bu toolar aşağıdakı kimidir:

Ahrefs, SEMrush, MOZ kimi alətlər vasitəsi ilə SEO-da Backlink analizi edə bilərsiniz.

Backlink analizi aləti, bir sayt üçün hər ay itirilən domenlərin sayını görməyə imkan verir. Əgər itirilən domen sizin saytınızla əlaqədardırsa, bunu düzəltməyə çalışa və ya geri bağlantını təmin edərək saytla yenidən əlaqə saxlaya bilərsiniz. Bu, həmçinin rəqiblərinizin itirdiyi domenləri hədəfləmək üçün də faydalı ola bilər. Analiz nəticəsində saytınıza rəqib olan saytların hansı linklərdən bağlantı aldığını müəyyənləşdirə bilsəniz, o zaman siz də bu linklərə müraciət edə bilərsiniz. Qeyd etdiyimiz tool-lar  domen reytinqi və trafik daxil olmaqla, bağlantılarınız haqqında geniş göstəricilər də təqdim edir.

Zamanla saytınız qaçılmaz olaraq aşağı domen reytinqinə(spam) sahib bəzi bağlantılar alacaq. Bu cür bağlantıların çox sayda olması, Google-un saytınızı cəzalandırmasına səbəb ola bilər. Backlinklərinizi müntəzəm olaraq analiz etmək, bunları Google'dan əvvəl fərq etməyinizi təmin edir.
 

Anchor bağlantılarınızı və hiperlinklərinizi analiz edərək spam backlinkləri asanlıqla ortaya çıxara bilərsiniz. Spam backlinklərin axtarış matorlarını manipulyasiya etdiyini də unutmamak önəmlidir. Bu səbəblə, bir web sitesi yüksək sayıda xarici  bağlantıya sahibsə, reytinqləri sui-istifadə etməyə çalışır deyə bilərik.

Bir çox bizneslər backlinklərin gücünü az qiymətləndirir, lakin backlink analizi aparmağa başladıqdan sonra, onların SEO strategiyasına böyük təsirini açıq şəkildə görmək olur. Yüksək keyfiyyətli, aşağı keyfiyyətli və spam bağlantıları ayırd etmək ilə siz sizi Axtarış matolarının siyahısında ön sıralara yüksəldəcək.

Məzmunca Həcmi Böyük Kontentlərin(Skyscraper texnikası)   Backlink Baxımından Faydaları:

Geniş həcimli kontentlər backlink alınması prosesinə müsbət təsir göstərir. Bu məzmunlar ən azı 1500 sözdən ibarət olan məzmunlardır. Skyscraper texnikası ilə olan yazılarda trend mövzular və rəqib analizi aparılaraq  onların ən çox backlink aldığı yazılar  hədəf seçilir.  Belə yazılar SEO uyumlu olması ilə fərqlənir.

Skyscraper Texnikasını  irəli sürən və təkmilləşdirən iki marketoloq, Brian Dean və Dale Cudmore, soyuq e-poçt vasitəsilə skyscraper məzmunları üçün %6.5-dən %11-ə qədər uğur qazandıqlarını bildirirlər. Bu, adi məzmunlar üçün 2-3 % olan orta göstərici ilə müqayisədə xeyli yüksəkdir.

Bir yazıya başlamazdan əvvəl  üzərində çalışdığınız sahənin izləyicilərini və hədəf auditoryasını tanımalısınız. Bunda sonra onlar üçün keyfiyyətli məzmun ərsəyə gətirə bilərsiniz. İndi isə backlinkləri əldə etmək üçün bir məzmunda hansı keyfiyyətlər yer almalıdır, onunla tanış olaq.

1.Daha detallı və maraqlı məzmun: Əgər rəqibiniz kosmetologiyaya aid bir yazı paylaşmışdırsa, yazıda “Gözəlliyin 10 sirri” kimi bir başlıq yer alırsa, nəyə görə həmin yazıya gələn traffik sayını nəzərə alaraq, sizi digərlərindən fərləndirəcək  “15 gözəllik sirri” başlığı ilə yeni kontent yaratmayasınız. 

2.Yazınıza daxil etdiyiniz  bəzi araştırmalar, qeydlər və sxemlər də yazınızı zənginləşdirməyə kömək edəcəkdir.

3.Yazılarınıza dəyişiklik edilmiş və yenilənmiş faktlar əlavə etməyiniz də bu yazını axtarış matorlarının etibarlı saytlar sırasına daxil olunmasına şərait yaradacaqdır.

4.Yazılarınızda qrafik sxemlərin mövcud olması və şəkillərin yer alması da sıralama faktorlarına bir başa təsir göstərir.

Bəzən web saytları, digər saytlardan aldıqları şəkilləri istifadə edərək qaynaq göstərmək üçün onlara geri bağlantı verirlər. Bu şəkillər; qrafiklər, ekran görüntüləri və daha çoxunu əhatə edir. Bu növ bağlantıların yaradılması üçün istifadəçilərin dəyər verəcəyi faydalı şəkillər hazırlanmalıdır. 

SEO-da Backlink aldıqda Link suyu- na da diqqət yetirmək lazımdır


Link suyu (link juice), SEO sahəsində bir səhifədən və ya saytdan digər səhifəyə ötürülən dəyəri ifadə edən bir termindir. Bu dəyər, hiperlinklər vasitəsilə keçirilir. Axtarış mühərrikləri linkləri digər veb saytların sizin səhifənizi qiymətli və təbliğ etməyə layiq gördükləri bir işarə kimi qəbul edir.

Veb-dən bağlantılar əldə etməyin birbaşa və dolayı yolları vardır. Birbaşa linklərin əldə edilməsi link qurma strategiyalarını əhatə edir, məsələn, sənəd paylaşımı, qonaq yazıları, sosial media marketinqi və s. Dolayı effort isə saytınızda mükəmməl məzmun təqdim etməklə əldə edilir, bu da oxucuların məzmunu vebdə paylaşmasına və səhifələri təbii şəkildə linkləməsinə səbəb olur. Bu saytlardan saytınıza keçən link dəyəri link suyu (link juice) adlanır və bu link suyu sizi linkləyən saytların authority- si ilə qiymətləndirir.

Link suyu aşağıdakı mənbələrdən əldə edilir:

  • Saytınızla əlaqəli məzmunu olan səhifələr.
  • Yüksək PageRank reytinqinə malik səhifələr.
  • Nisbətən az sayda xarici bağlantıya malik olan səhifələr.
  • Keyfiyyətli və faydalı məzmun təqdim edən səhifələr.
  • Axtarış nəticələrində yüksək sıralanan səhifələr.
  • İstifadəçilər tərəfindən yaradılan məzmunu olan səhifələr.
  • Sosial mediada tez-tez qeyd olunan və populyar olan səhifələr.

Bu mənbələrdən link suyu əldə edilmir:

  • "Nofollow" etiketinə malik olan backlinklərin yerləşdiyi səhifələr.
  • Saytınıza uyğun olmayan məzmun təqdim edən səhifələr.
  • Çoxlu sayda bağlantısı olan səhifələr; məsələn, reklam bağlantılar
  • Axtarış mühərrikləri tərəfindən indekslənməyən səhifələr.
  • Ödənişli bağlantılar.
  • Link mübadiləsi proqramlarında əldə edilən bağlantılar (bu, sizə bir link müqabilində başqasının saytına link verildiyi hallarda təsiri ləğv edir).
  • Məzmunu olmayan və reytinqi olmayan saytlardan gələn bağlantılar.

 








 



 

 









 

 

Demo Sorğusu

©️ 2022 Falcon X®️ E-ticarət Proqramı
Falcon X MMC onun "Falcon X" "®️" şirkətinin qeydə alınmış ticarət nişanıdır.