Sosial Media Marketinq

SMM xidməti nədir? SMM menecer hansı işləri görür?

SMM xidməti şirkətlərin sosial mediada tanınmasını və müştəri bazasını genişləndirmək üçün istifadə olunan marketinq metodudur. SMM xidməti ilə brendlər sosial media platformaları vasitəsi ilə öz izləyiciləriylə əlaqə qura bilirlər və məhsulların tanıtımı həyata keçirilir.

SMM marketinqin əsas məqsədi:

  • Keyfiyyətli məzmun yayımlamaq
  • Brendinqin yaradılması
  • Satışları artırmaq;
  • Veb saytların hazırlanması nda dəstək göstərmək və  həmin sayta trafik çəkmək 

 

İstifadəçilərin öz hesabları ilə paylaşacaqları müvafiq məzmunun istehsalı brendlərə  fəaliyyət göstərdikləri bazar üzrə öz məşhurluğunu artırmağa kömək edir. SMM xidmeti digital dünyada brendlərin virtual olaraq varlığını nümayiş etdirir. SMM artıq ən-ənəvi marketinqdən rəqəmsal marketinqə keçid zamanı  isitifadə edilən ən önəmli rəqəmsal xidmetlərdən biridir.

 

Sosial media marketinqi həm də təşkilatlara müştərilərin rəyini almağa imkan verir, eyni zamanda şirkəti müştərilərə daha cəlbedici göstərir. Bundan başqa, Sosial media təşkilatlara öz izləyiciləri ilə əlaqələr yaratmağa imkan verir. Bununla da istifadəçilər müvafiq brendlərə suallarını ünvanlaya, maraqlandıqları məhsul haqqında geniş məlumat ala bilirlər. Bu da  Sosial medianı güclü bir platformaya çevirir və izləyicilərin qarşılıqlı olaraq brendlərlə əlaqəsini genişləndirir. SMM xidmeti zamanı məhsul sahibləri  iş prosesinə və ya məhsullar haqqda fikirlərə  bələd olurlar, istifadəni tənzimləyirlər.
 

Bəzi məşhur sosial media proqramlarına Facebook, Twitter, LinkedIn, YouTube, Pinterest, Instagram və Snapchat daxildir. Hər bir platforma istifadəni cəlbedici edən elementlərə malikdir.  Çoxkanallı marketinq strategiyası SMM xidmətlərinə daxildir və bütün prosesi əhatə edir.

 

Sosial Media Marketinqini uğurlu edən 5 əsas element: SMM xidmetinin bizneslərə təsiri
 

Marketinq proqramlarını hazırlayarkən marketoloqların diqqət yetirdiyi əsas sahələrdən biri də mesajlaşmanın necə təşkil olunmasdır. Sosial media həm pulsuz, həm də pullu vasitələrlə bu mesajları doğru zamanda doğru insanlara yaymağa kömək edir. Sosial media platformaları həmçinin brendlərə öz izləyicilərinin şəxsi, coğrafi və demoqrafik məlumatları haqqında daha çox məlumat əldə etməyə şərait yaradır.

 

  • Sosial Media Startegiyası

Uğurlu sosial media marketinq strategiyasının hazırlanması aydın və ən əsas, vacib məqsədlərlə başlayır. Bizneslər sosial media səylərini brendin görünməsini artırmaq, veb trafikini genişlətmək və gəlir əldə etmək kimi ümumi məqsədlərə görə uyğunlaşdırmalıdırlar. Burada düzgün sosial media platformalarının seçilməsi çox vacibdir. Nəhayət, hər bir platformaya uyğunlaşdırılmış effektiv məzmunun rolu da danılmazdır. Brendlər cəlbedici videolar, görüntülər, informativ yazılar və ya fərdi mesajlaşma və s kimi  üsullardan istifadə edərək  rezonans doğuran məzmun təqdim etməlidirlər. Burada hədəf auditoriyanın davranışları və məqsədi də nəzərə alınmalıdır.

 

  • Planlaşdırma və yayımlama
     

Strategiya hazır olduqdan sonra məzmunu planlaşdırmaq və dərc etmək lazımdır. Hootsuite, HubSpot və Sprout Social kimi planlaşdırma alətləri SMM strategiyasının yaradılmasında və postların vaxtında təhvil verilməsində əsas rol oynayır və maksimum dərəcədə keyfiyyətin effektivliyinə təsir göstərir.

 

  • Dinləmə və qarşılıqlı əlaqə
     

İstifadəçilər şirkət haqqında rəy yazarkən, paylaşaraq və etiketləyərək brendlərlə qarşılıqlı əlaqəni gücləndirirlər. Bildirişlərin köməyi ilə həyata keçirilən bu qarşılıqlı əlaqələr Sosial Media Menecerlərinə müstəsna müştəri xidməti göstərməyə imkan verir və ümumi müştəri təcrübəsini artırır.

Brandwatch, NetBase Quid kimi sosial media monitorinq alətləri bu söhbətlərə bağlı  SMM mütəxəssislərinin işini asanlaşdırır. Eyni zamanda Google Alerts kimi pulsuz alətlər də marketoloqları brend qeydləri barədə xəbərdar edir.

  • SMM xidmetində analiz və məlumatlandırma

Daha çox məzmun dərc olunduqca və auditoriya genişləndikcə performansı davamlı olaraq ölçmək daha yaxşı nəticələr verəcək. Aşağıdakı sualları verərək brendimizin gələcəkdə daha da sürətlə böyüməsinə nail ola bilərik:

  • Hansı postlar daha çox istifadəçi marağına səbəb olur?
  • Brendin izləyiciləri hansı ölkədəndir?

Hər hansı bir marketinq proqramının uğuru onun məlumatlarından və analitik nəticələrindən asılıdır. Marketinq komandası bu məlumatlardan gələcək kampaniyalar haqqında daha detallı qərarlar qəbul etmək üçün istifadə edir.

Hər bir sosial platformanın öz analitik məlumatları var, lakin bir çox kanaldan məlumatları bir yerə toplaya bilən başqa alətlər də mövcuddur. Bu, marketoloqlara marketinq kampaniyalarının ümumi uğur və uğursuzluqlarını qiymətləndirməyə imkan verir.
 

  •  SMM xidmətində reklam

Sosial media marketinqi ilk növbədə pulsuz platformalara əsaslanır. Əvvəlcə pulsuz saytlardan istifadə edərək  marketinq tələblərinə effektiv şəkildə cavab vermək mümkündür, lakin kampaniyalar genişləndikcə büdcələr arta və digər ödənişli sistemlərdən istifadə edilə bilər.

Ödənişli marketinq alətləri demoqrafik göstəriciləri, yenidən hədəfləməni və davranışa əsaslanan auditoriya seqmentasiyasını seçməyə kömək edir. Lakin yerli və lokal reklamlar vasitəsi ilə postları təqdim etmək, əsas ip uclarına nəzər salmaq və doğru mesajla izləyici qarşısında çıxış etmək mümkündür.
 

Sosial Media Marketinqində fərqlənmək üçün istifadə ediləcək ən yaxşı alətlər və texnikalar


Animoto

Videolar bu gün təkcə Pinterest və ya Instagram kimi şəkil və video mərkəzli platformalar üçün deyil, bütün əsas sosial media platformaları üçün sosial media marketinqinin ayrılmaz hissəsidir. Video hazırda ən cəlbedici və ən çox paylaşılan hərəkətli məzmundur. Videoların hazırlanmasına bu məqamda diqqət yetirmək lazımdır.

Animoto ən sərfəli,  istifadəsi asan video hazırlama proqramıdır və ayda cəmi 5 dollar ödəməklə çox sayda tərtibatlı,  şablonlarla zəngin, lisenziyalı, musiqili fond şəkillərini əldə edirsiniz.

 

Canva

Sosial Media Menecerlərinin ən çox üstünlük verdiyi proqramlardan bir də Canvadır. Bu proqram vasitəsi ilə müxtəlif video və post dizaynları düzəltmək mümkündür. Həm pullu, həm də pulsuz versiyası olan Canvada CV, müxtəlif qrafiklər və  stikerlərin əlavəsi ilə  cəlbedici, izləyicinin diqqətinə yönəlmiş Sosial Media Postları hazırlamaq mümkündür.

BuzzSmo

BuzzSumo çox yönlü funksionallığına görə həm sosial mediada, həm də rəqəmsal marketinqdə üstünlük verilən proqramdır.


Bu tool vasitəsi ilə kontentinizi analiz edə, açar söz araşdırması apara, trendləri izləyə bilərsiniz.  SMM mütəxəssisləri üçün BuzzSumo tool-u əvəzolunmazdır. Bu tool, platformalar arasında performansın qiymətləndirilməsinə imkan verir və rəqabətli təhlilin aparılmasını asanlaşdırır.
 

Hootsuite
 

Bugünkü rəqəmsal idarə etmə dünyasında sosial media marketinq proqramları bizneslər üçün vacibdir. Hootsuite, planlama, analitika və monitorinq alətləri də daxil olmaqla, hərtərəfli xüsusiyyətlərinə görə rəqibləri arasında fərqlənir və bunların hamısını bir proqam ekranından əldə etmək mümkündür. Həm pulsuz, həm də sərfəli, ödənişli planlarla Hootsuite bütün ölçülü bizneslər üçün əla xidmətlər təklif edir.

Sprout Social dedikdə, əslində bir çox xüsusiyyət və funksiyaları qeyd edə bilərik. Bunlardan başlıcası analitik alətlər, iştirak, dinləmə, monitorinq və yayım xüsusiyyətləridir. Sprout Social ilə məhsulunuza maraq göstərən və markanızı izləyən insanlarla daha dəqiq və effektiv əlaqə qura bilərsiniz.  Facebook, LinkedIn, Twitter kimi müxtəlif platformalarda Sprout Social-dan istifadə edilməsi olduqca asandır. Digər tərəfdən, bu alət sayəsində hərtərəfli sosial media hesabatları yaratmaq mümkündür. Eyni zamanda, mesaj planlaşdırma xüsusiyyətindən də istifadə edərək işlərinizi daha da asanlaşdıra bilərsiniz.

Son onillikdə sosial şəbəkələr yerli kommunikasiya platformalarından mal/xidmət satışı və biznesin təşviqi üçün qlobal platformalara çevrilib. Bu sənayenin sürətli inkişafı tələb olunan yeni peşələrin yaranması  üçün tələbata çevrildi. Belə mütəxəssislərdən biri də SMM mütəxəssisi oldu.

 

SMM nədir və SMM işçilərinə nə üçün ehtiyacımız var? SMM mütəxəssisi nə edir?
 

SMM sosial şəbəkələrdə brendin və onun məhsullarının təbliğinə yönəlmiş fəaliyyətlər toplusunu əhatə edir. Sadə sözlə, SMM mütəxəssisi sosial mediada işləmək üçün “uyğunlaşdırılmış” marketoloqdur.

 

SMM menecerinin əsas fəaliyyəti məşhur sosial şəbəkələrdə (Facebook, Instagram, YouTube, TikTok, Twitter, LinkedIn və s.) şirkət və ya brend hesablarının yaradılması və onun idarə edilməsidir. O, marketinqin təşviq strategiyasını hazırlayır, rəqabət mühitini təhlil edir, hədəf auditoriya ilə ünsiyyət qurur, reklam və marketinq fəaliyyətini həyata keçirir, korporativ hesablar vasitəsilə birbaşa mal və ya xidmətlərin satışı ilə məşğul olur.

 

Bu peşənin mövcud olduğu ilk illərdə SMM mütəxəssisləri əsasən sosial mediada qrupların və icmaların təbliği ilə məşğul olurdular. Onların vəzifələri SMM qaydalarına riayət etməklə şirkət və ya brend hesablarına abunəçilərin sayını müxtəlif yollarla artırmaq, yazılan rəylərə nəzarət etmək, etikadan kənar ifadələr yazan istifadəçilərin bloqlanması idi.

Sosial Media menecerinin işi nədən ibarətdir? O hansı vəzifələri icra edir?

 Günümüzdə hələ də tamami ilə SMM menecerin, SMM mütəxəssisin vəzifəsi tam olaraq doğru şəkildə başa düşülmür. O, bəzən qrafik dizaynerin, yaxud videoqrafın işlərini yerinə yetirməklə bağlı tapşırıqlar alır. Bəs SMM menecerin əsas vəzifələri nədən ibarətdir? Gəlin birlikdə nəzər salaq.

SMM meneceri sosial media platformalarında şirkəti və onun məhsullarını effektiv şəkildə tanıtmaq üçün vacib olan müxtəlif vəzifələri icra edir:

 

Səhifənin yaradılması və dizaynı:  Seçilmiş müvafiq sosial media platformalarında rəsmi hesabların qeydiyyatının aparılması və səhifələrin dizaynın hazırlanması və s.

 

Məzmun yaradılması və yayımlanması: Məzmun planının hazırlanması və ya digər əməkdaşa(kopiryterə) yazının həvalə edilməsi, iş prosesinə mütəmadi olaraq nəzarət edilməsi,  Sosial media platformasında yazıların yayımlanması, məzmunun ümumi strategiyaya uyğunlaşdırılması

 

SMM fəaliyyətləri: Yeni  abunəçiləri platformaya cəlb etmək, viral kampaniyaların, müsabiqələrin və digər brendlərlə, bloggerlərlə əməkdaşlıq kimi tədbirlərin təşkili.

 

Hədəf auditoriya üçün reklamın verilməsi: Hədəf auditoriyasının təhlili və Facebook Reklamlar Meneceri, Linkedin Kampaniya Meneceri və Twitter Reklamları kimi platformalarda hədəflənmiş reklam kampaniyalarının konfiqurasiyası.

 

Analitika: Effektivliyi qiymətləndirmək, strategiyaları tənzimləmək və dataya əsaslanan qərarlar qəbul etmək üçün kampaniyanın performans göstəricilərinin təhlili. Buraya izləyicilərin cəlb edilməsi, trafik, dönüşüm nisbətləri və auditoriya göstəricilərinin monitorinqi daxildir.

 

Büdcə monitorinqi: Kampaniyanın nəticələri və xərclər haqqında hesabatların hazırlanması, SMM xidməti fəaliyyətləri üçün büdcənin formalaşdırılması və idarə edilməsi.

 

İzləyici ilə qarşılıqlı əlaqə: Mesajlara və şərhlərə cavablar vasitəsilə auditoriya ilə əlaqənin qurulması, spam və ya qeyri-münasib məzmunun aşkar edilməsi və həll edilməsi,  şikayətlərin və ya mənfi rəylərin effektiv şəkildə cavablandırılması.

 

Xülasə, SMM meneceri şirkətin məqsədlərinə çatmaq üçün sosial media marketinqi işlərinin strateji planlaşdırılması, icrası, təhlili və optimallaşdırılması işlərinə cavabdehdir.

SEO və Sosial Media  Mütəxəssisləri marketinq strategiyasını necə inkişaf etdirirlər?
 

Həm SEO,  həm də SMM hər ikisi brendin varlığının möhkəmlənməsinə, təqdimatına və satışların artırılmasına hədəflənən  müxtəlif marketinq üsullarıdır. SMM menecer sosial media platformalarında məhsulun təqdimatına, onun vizual olaraq, həm də məzmun baxımından zəngin olmasına çalışır. SEO mütəxəssisi isə uyğun açar sözlərlə, müxtəlif tooların istifadəsi ilə uyğun məzmunun irəli çəkilməsinə xidmət edir. O cümlədən, instaqram, facebook, linkedin və s kimi platformalarda SEO işləri aparmaq mümkündür. Bununla da önəmli dərəcədə axtarış həcminin səhiflərimizə yönəldiyini və geri dönüşlərin əldə olunduğunu müşahidə edə bilərik.

SMM şirkətləri və agentlikləri.  2024-cu il SMM Strategiyası

 

Müasir marketoloqlar sosial media marketinqini idarə etmək üçün zəngin resurslara və məlumatlara çıxış əldə edirlər. Hərtərəfli sosial media idarəetmə vasitələri (Sprout-da təklif etdiyimiz kimi) onların işini daha da asanlaşdırır. Bəs brendlərin özləri bunu edə bildiyi halda niyə ümumiyyətlə sosial media marketinq agentliyi ilə işləmək lazımdır?

 

Sosial media marketinq xidmetində  agentliklərin rolunu və gətirə biləcəyi dəyəri öyrənək. Agentliklər brendlərə boşluqları doldurmaqda və ya  brendin strategiyasını yüksəltməkdə necə kömək edə bilər?

 

Agentliklər kampaniyaları idarə etməyə və brendlər üçün şirkət daxilində mümkün olmayan SMM xidmətini təmin etməyə qadirdir.

 

SMM menecer  sadəcə səhifəni aktiv etməkdən və ara-bir fotoşəkil yerləşdirməkdən daha çoxunu edir. Bu, həmçinin ən son sosial alqoritm yeniləmələrindən xəbərdar olmağı da əhatə edir. İzləyici seqmentasiyası və sosial reklam kimi startegiyaları idarə etmək üçün təcrübəli mütəxəssisə və komanda işinə ehtiyac vardır.  

 

  • Agentlik  uzun illər real iş təcrübəsinə sahib müəssisədir. Onlar həmçinin geniş müştəri layihələri üzərində çalışmışdır. Bu təcrübələr onları oxumaqla öyrənə bilməyəcəyiniz sosial və marketinq taktikalarından daha artıq bacarıqlara sahib edir. Beləliklə, onların təklif etdiyi təcrübəni tək sahibkarın təkrarlamağı mümkün deyildir.

 

  • Brendlərin şirkət daxilində əməkdaşları ilə təşkil etdiyi marketinq siyasətinin işlənilməsi aylar çəkə bilər, amma bir kampaniyanın yerinə yetirilməsi agentlik üçün cəmi bir neçə gün çəkə bilər.

 

  • Agentliklər yüksək səviyyəli proqramlara və toollar istifadə edirlər. Bu uzun illər davam etdiyi üçün onlar nəyin daha yaxşı olduğuna asanlıqla qərar verir.
     
  • Sosial media marketinq agentlikləri eyni anda birdən çox kampaniyanı ən səmərəli şəkildə idarə etməlidirlər. Buna görə də onlar bu nəticələrə nail olmaq üçün bazarda ən güclü alətlərə və analitik platformalara sərmayə qoyurlar.

 

Məsələn, Avstraliyada yerləşən agentlik, müştərilərinə təsirli nəticələr təqdim etmək üçün Sprout kimi alətlərindən istifadə edir. Bu addım, İnstaqramda geri dönüşlərin xeyli dərəcədə artmasına səbəb olmuşdur.


Falcon X şirkətinin təqdim SMM xidmətinin üstün tərəfləri nələrdir?


Falcon X proqramlaşdırma şirkəti olaraq SMM xidmətləri təklif edir və SMM paketlər standart, üstün və peşəkar paketlər olmaqla 3 qurupa ayrılır. Hər bir paketdə SMM işlərin yüksək səviyyədə görülməsi təmin edilir. Bizim SMM paketlər iş təhvil götürülən andan etibarən  təqdim edilənədək müxtəlif pillələrdə ətraflı yoxlanılması, prosesin təkmilləşdirilməsi, ümumi hesabatların hazırlanması kimi mərhələri əhatə edir. Bu xidmətlər haqqda  aşağıda daha ətraflı məlumat verə bilərik:
 

  1. SMM strategiyalarının hazırlanması: Müştərinin hədəf auditoriyası, məqsədləri əsasında  müvafiq platformalara görə effektiv rəqəmsal həllərin icrası.
  2. Məzmun yaratma və planlaşdırma: Cəlbedici məzmunun yaradılması, tərtibatı və sosial media platforması üçün doğru zamanda paylaşılması.
  3. Qarşılıqlı əlaqələrin idarə edilməsi: İzləyicilərlə qarşılıqlı münasibətlərin qurulması, şərhlərin cavablandırılması və xidmətin daha da artırılması üçün sorğuların təşkili.
  4. Analitiklərin izlənməsi: Sosial media platformalarının performansını nəzarət altında saxlamaq üçün analitik məlumatların toplanması, izlənməsi və qiymətləndirilməsi.
  5. Hesabatların verilməsi: Performans məlumatlarının düzgün və anlaşıqlı bir şəkildə təqdim edilməsi, strateji və taktikaların yaxşılaşdırılmasına kömək etmək üçün analiz və qiymətləndirmələrin yerinə yetirilməsi.
     

Falcon X -ın təqdim etdiyi Sosial media xidmətlərində, şirkətlərə brend şüurunu artırmaq, hədəf auditoriyası ilə əlaqə qurmaq, məhsulun tanıdılması və satışların artırılması üçün bütün detallar nəzərə alınmışdır. Bu xidmətlər Facebook, Instagram, Twitter, LinkedIn, YouTube kimi məşhur sosial media platformaları üçün xüsusi strategiyalar hazırlayaraq şirkətlərin hədəf auditoriyasına çatmasını asanlaşdırır. Buradakı SMM paketlərində isə fərqli sosial media  xidmətləri cəmlənir. Müxtəlif ehtiyaclara, büdcələrə cavab verən paketlərin olması müştərinin seçimini asanlaşdırır və daha effektiv nəticələrin yaranmasına səbəb olur. Bu və ya digər xidmətlər kimi Falcon X şirəti sizə e-ticarət (e-commerce) saytların hazırlanması xidmətini də təklif edir. Siz də modern və funksional sayta sahib olmaq istəyrisinizsə, bizə müraciət edin. 



 

Demo Sorğusu

©️ 2022 Falcon X®️ E-ticarət Proqramı
Falcon X MMC onun "Falcon X" "®️" şirkətinin qeydə alınmış ticarət nişanıdır.